Millimiz Avropa Millətlər Kubokunda 2-ci, qadınlarımız 3-cü oldu

Moskvada güləş üzrə Avropa Millətlər Kuboku keçirilib. Sportinfo.az xəbər verir ki, yarışda sərbəst və qadınlardan ibarət komandalarımız mübarizə aparıblar.

 

Firdovsu Umudovun baş məşqçilik etdiyi “sərbəstlər” öz qrupunda Gürcüstan və Moldova yığmaları üzərində 7:1 hesablı qələbə qazanaraq finala çıxıblar. Həledici görüşdə millimiz Rusiyaya 3:5 hesabı ilə uduzub.

 

7 idmançı ilə iştirak edən qadın güləşçilərimiz ilk olaraq Rumıniya yığması ilə qarşılaşıb. 4:4 hesablı bərabərlik qeydə alınan görüş rəqibin üstünlüyü ilə başa çatıb.

 

Ardınca Ukrayna yığmasını 5:3 hesabı ilə məğlub edən yığmamız son görüşdə Rusiyaya yenilərək yarışı 3-cü sırada tamamlayıb.

Tarix: 15 Noyabr 21:00    Oxunub: 213    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.