"İnter" AFFA-nı barmağına doladı, 2-ci hissədə meydana çıxmadı

AFFA İntizam Komitəsinin son iclasında qadın komandaların mübarizə apardığı liqalarda baş verən olaylarla bağlı da qərarlar qəbul edilib.
 

Sportinfo.az xəbər verir ki, U-13 qızlar Liqasında “Bakinka” FK – “Təhsil” FM matçında meydan sahiblərinin heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

Eyni hal U-16 qızlar Liqasında “Əhmədli Yunayted” FK – “Təhsil” FM matçında da diqqət çəkib. Burada da qonaqlar oynamadan qələbə qazanıb.
 
Qızlar yüksək Liqasında isə fərqli olay yaşanıb. “Baku City” – “İnter” PİK matçının 27-ci dəqiqəsində qonaqlardan Roza Quliyeva hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan qovulub – o, 2 2 oyunluq cəzalanıb.

 

Oyunun ikinci hissəsində isə “İnter” ümumiyyətlə, meydana çıxmayıb və 0:5 hesablı texniki məğlubiyyət alıb. “İnter”in baş məşqçisi Anar Vəliyevə xəbardarlıq olunub. Bu hal yenidən baş verəcəyi təqdirdə daha ağır sanksiya tətbiq olunacaq.

Tarix: 15 Noyabr 17:12    Oxunub: 452    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.