Başını daz qırxdılar FOTO

İsveç yığmasının müdafiəçisi Andreas Qrankvist İtaliya ilə oyundan sonra fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, Qrankvist qarşılaşmadan əvvəl komanda üzvlərinə söz veribmiş ki, mundiala vəsiqə qazansalar, başının daz qırxılmasına icazə verəcək.

 

Qarşılaşmadan sonra isveçli futbolçular onu saçından məhrum ediblər: “Qürur duyuram. Bu, dünya çempionatında oynamaq üçün son şansım idi. Karyeramı Rusiyada keçiriləcək mundialdan sonra bitirmək möhtəşəm olacaq.

 

Uşaqlara demişdim ki, mundiala vəsiqə qazana bilsək, başımı daz qırxa bilərlər. Düşünürdüm ki, artıq bunu yaddan çıxarıblar. Ancaq paltardəyişmə otağında məni saçdan məhrum etdilər”.

Tarix: 15 Noyabr 10:36    Oxunub: 161    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.