Oyun zamanı huşunu itirən milli üzvü xəstəxanaya yerləşdirildi

Argentina millisinin hücumçusu Serxio Aquero Krasnodarda Argentina ilə Nigeriya komandaları arasında keçirilən yoldaşlıq oyunu zamanı huşunu itirib.

 

Sportinfo.az xəbər verir ki, hadisə "Krasnodar" şəhər stadionunun soyunub-geyinmə otağında baş verib. Birinci hissədə qol vuran hücumçu özünü pis hiss etdiyindən ikinci hissədə başqası ilə əvəzlənib.


Futbolçu Krasnodarın xəstəxanalarından birinə çatdırılıb və ona lazımı tibbi yardım göstərildikdən sonra vəziyyəti yaxşılaşıb. Yoldaşlıq oyunu Nigeriyanın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Tarix: 15 Noyabr 09:48    Oxunub: 158    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.