"Sonuncu yer Azərbaycan millisi üçün layiqli yer deyil"

21 yaşadək futbolçulardan ibarət millinin futbolçusu İlyas Səfərzadə Kosovo ilə qolsuz heç-heçə etdikləri AÇ-2019-un seçmə mərhələ matçından sonra oyun haqqında fikirlərini bölüşüb.

 

Sportinfo.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi qarşılaşmanın çətin keçdiyini söyləyib: “Bu matçda iki xal itirdik. Evdə oynayırdıq.

 

Komanda Almaniya ilə oyunda da canla-başla oynamağa çalışdı. Tez qol buraxdığımıza görə həmin oyunda pis nəticə əldə etdik. Yaxşı nəticə əldə edə bilmədik. Kosovo ilə qarşılaşmada qələbə qazanmaq üçün meydana çıxmışdıq.

 

Əfsuslar olsun ki, 1 xalla meydanı tərk etdik. Qrupda sonuncu yerdə qərarlaşmışıq. Bu, Azərbaycan millisi üçün layiqli yer deyil. Gələcəkdə əlimizdən gələni edəcəyik ki, yüksəklərə qalxaq”.

Tarix: 15 Noyabr 08:24    Oxunub: 106    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.