"Biz birgə qərar verməliyik" - Yığmada baş məşqçi məsələsinə bu gün baxılacaq

İtaliya millisinin baş məşqçisi Campyero Venturanın taleyi noyabrın 15-də həll olunacaq.

 

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio "La Gazzetta dello Sport"a müsahibəsində bildirib.


Tavekkio 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün məyusluq ifadə edib. O, baş verənləri idman uğursuzluğu adlandırıb:

 

"Biz birgə qərar verməliyik. Məhz bu məqsədlə sabah federasiya rəsmiləri ilə görüş keçirərək hərtərəfli analiz aparacağıq".

 

İtaliya millisi pley-off mərhələsində İsveçə iki oyunun yekununda (0:0, 0:1) uduzduğundan, Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib. 4 qat dünya çempionları sonuncu dəfə 1958-ci il mundialından kənarda qalıblar.

 

Campyero Ventura İtaliya yığmasına 2016-cı il Avropa çempionatından sonra baş məşqçi təyin olunub. O, hazırda "Çelsi"yə rəhbərlik edən Antonio Konteni əvəzləyib.

 

Venturanı əvəzləməyə namizədlər qismində elə Konte ilə yanaşı, Karlo Ançelotti, Massimiliano Alleqri və Roberto Mançininin adları hallandırılır. Amma azarkeşlərin böyük qismi bu postda Ançelottini görmək istəyir. 

Tarix: 15 Noyabr 00:40    Oxunub: 84    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.