"Elnur və bəzi oyunçular bundan öncə lotuluq etmək istəmişdilər"

Sportinfo.az xəbər verir ki, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində evdə Kosovo ilə qolsuz bərabərə qalan yığmanın baş məşqçisi Samir Ələkbərov oyunsonrası mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb.

 

Epizodların birində rəqibin baş məşqçisinə sərt reaksiya verdiniz. Bununla bağlı nə deyə bilərsiz?
- Hamınız məni səmimi insan kimi tanıyırsız. 3 aydı ki, anadan əmdiyim südü burnumdan gətirirlər. Hamınız boksa baxırsız. Ardıcıl 2 matçda noqdauna düşdük. Ondan sonra ayılmaq istəyirdim. Bu gün nəsə emosional reaksiya verdimsə, üzr istəyirəm. Rəqibin baş məşqçisi hər şeyə etiraz verirdi. Halbuki həmin epizodda qayda pozuntusu yox idi. Hər şey meydanda qaldı. Oyundan sonra da görüşdük.

 

Elnur Cəfərov Almaniya ilə matçdan sonra bahalı avtomobillə fotosunu paylaşdı. Bu gün isə sosial şəbəkədə azarkeşi söhbətə çağırıb...
- Mənim bundan xəbərim olmayıb. İnternetdən istifadə etməmişəm. Almaniya ilə oyundan sonra necə otağa girmişəmsə, bu gün otaqdan çıxmışam. Elnur və bəzi oyunçular bundan öncə İslam Həmrəyliyi Oyunlarında da lotuluq etmək istəmişdilər. Sonra isə hərəkətlərinə görə üzr istəmişdilər.

 

Elnur Cəfərov son hərəkətinə görə cəzalanacaqmı?
- Mütləq. Təkcə biz yox, klubu da onu cəzalandırmalıdı. Vaxtında bilsəydim, onu bazadan qovardım.

 

Baş məşqçi kimi işinizi davam etdirməyi istəyirsizmi?
- Bütün məşqçilərimizə mənim kimi köməkçi olmağı arzulayıram. Mən buraya 3 oyunluq gəlmişdim. Böyükağa Hacıyevdən üzr istəyirəm. Amma nəyə görə belə etdiyimi demək istəmirəm. Özündən soruşarsınız, deyər. Almaniyada məni harada tuturdusa, deyirdi ki, qulaq as. Üzr istəyirəm ki, ona qulaq asmadım. Sağ olsunlar ki, iki məğlubiyyətdən sonra mənə millini üçüncü oyuna çıxarmağa imkan yaratdılar.

 

Cərimə zərbələrindən komandanız çox pis istifadə edirdi. Bunu nə ilə izah edərdiniz?
- Mən nə qədər tapşırsam da, komanda meydanda öz bildiyini edirdi. Qərarı futbolçular verirdi. Tapşırıq verəndə təsdiq işarəsi göstərsələr də, yenə öz bildiklərini edirdilər. Rusca da, azərbaycanca da deyirdim, yenə xeyri olmurdu. Belə şeylərin üzərində işləmək üçün vaxt lazımdı.

Tarix: 15 Noyabr 00:20    Oxunub: 164    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.