Ronaldo "Real"dən getməyi qərara aldı - Münasibətə görə

"Real"ın futbolçusu Kriştianu Ronaldo 2017-2018 mövsümünün sonunda klubu tərk etməyi qərara alıb.

 

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu istəyini klub prezidenti Florentino Peresə çatdırıb. Portuqaliyalı forvard komandadakı durumundan narazıdır.

 

Təcrübəli oyunçunu klub rəhbərliyinin ona münasibəti qane etmir. "Real Madrid" yeni müqavilə təklif etsə də, Ronaldu rədd cavabı verib. O, lazımi səviyyədə qiymətləndirilmədiyini bildirib.

 

Digər tərəfdən, dünyanın ən yaxşı futbolçusu "Real Madrid" rəhbərliyinin fransalı hücumçu Kilian Mbappe və digər dünya səviyyəli oyunçuları almağa cəhdlərini özünə qarşı hörmətsizlik kimi qəbul edib.

 

Kriştianu Ronaldo "Real Madrid"lə 2016-cı ilin noyabrında yeni müqavilə bağlayıb. Onun illik əmək haqqı 21 milyon avrodu.

 

Əvəzində "Barselona"nın argentinalı hücumçusu Lionel Messi və Fransa PSJ-sinə keçən braziliyalı fovard Neymar ildə 40 milyon avro qazanır. Ronaldo "Real"a 2009-cu ildə İngiltərə "Mançester Yunayted"indən keçib.

Tarix: 15 Noyabr 00:10    Oxunub: 104    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.