“Qəbələ”dən 12 cavabsız qol - Akademiyanın uğur həftəsi

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub.

 

Sportinfo.az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıblar.

 

Gənclər Liqasında mübarizə aparan U-19 komandası 7-ci turda “Neftçi”nin qonağı olub. Görüş qolsuz bərabərliklə bitib – 0:0. 7 oyundan sonra 19 xal toplayan “qırmızı-qaralar” yarışın vahid lideridi.

 

“Qəbələ” U-17 Liqasında “Kəpəz”in qonağı olub. 2:1 hesablı qələbə qazanan komanda 10 oyundan sonra 26 xalla 1-ci pillədə qərarlaşıb.

 

“Neftçi”ni qəbul edən U-16 qolsuz heç-heçə kifayətlənib – 0:0. 8 oyunda 20 xal toplayan “Qəbələ” yarışın vahid lideridi.

 

U-15 səfərdə Sumqayıt İOEUGİM-inə qalib gəlib – 3:1. 8 görüşdə 22 xal toplayan komanda liqanın turnir cədvəlinə başçılıq edir.

 

Paytaxt zonasında çıxış edən U-14 “Mançester Yunayted”lə heç-heçə edib – 0:0. 6 oyundan sonra 14 xala malik komanda 4-cü pillədə qərarlaşıb.

 

U-13 isə ardıcıl 7-cı qələbəsinə sevinib. “Qəbələ” “Əlincə”dən güclü olub – 2:0. “Qırmızı-qaralar” 21 xalla zirvədə qərarlaşıb.

 

Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə sözügedən klubun U-12, U-11 və U-10 komandaları 9-cu turun matçlarına çıxıblar. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” Yevlaxın “UGİM Rabitəçi”sini 4:0, UGİM isə Ağdaş UGİM-ini 5:1 hesabı ilə yenib.

 

9 turdan sonra ilk iki pillədə qərarlaşan “Qəbələ” təmsilçilərinin hərəsinin 24 xalı var. U-11 Liqasında da “Qəbələ” təmsilçiləri eyni rəqiblərlə görüşüb. “Qəbələ” 12:1, UGİM 11:0 hesabı ilə qələbə qazanıb. 8 oyundan 24 xal toplayan “Qəbələ” 1-ci, 9 qarşılaşmada 18 xal qazanan UGİM 2-cidi.

 

“Qəbələ”nin U-10 Liqasındakı üç komandası hərəyə 3 xal qazanıb. “Qəbələ” Yevlax “UGİM Rabitəçi”sini 3:1, Gİİ Ağdaş UGİM-ini, UGİM İsmayıllı UGİM-ini eyni - 12:0 hesabı ilə məğlubiyyətə uğradıb.

 

7 görüşdə 28 xal yığan “Qəbələ” 1-ci pillədədirsə, 8 matçda 18 xal toplayan Gİİ 2-ci, 15 xallı UGİM 4-cüdü.

 

“Qəbələ”nin qızlardan ibarət komandası Yüksək liqada ardıcıl 4-cü qələbəsini qazanıb. “İnter”i 10:2 hesabı ilə yenən “qırmızı-qaralar” 12 xalla yarışın lideridi.

Tarix: 15 Noyabr 00:00    Oxunub: 70    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.