Kluba yeni məşqçi seçərkən mütləq onunla məsləhətləşəcəklər

"Bavariya” rəhbərliyi komandanın baş məşqçisi Yupp Haynkesin məsləhətlərinə qulaq asır.

 

Sportinfo.az xəbər verir ki, bu barədə Haynkes özü məlumat verib. O, əmin olduğunu bildirib ki, komandaya yeni baş məşqçi təyin edilərkən də rəhbərlik onun məsləhətini dinləyəcək:

 

“Əminəm ki, yeni baş məşqçi seçimi zamanı “Bavariya” rəhbərliyi mənim mövqeyimi nəzərə alacaq və məsləhətimi dinləyəcək”.

 

Haynkes bir müddət əvvəl demişdi ki, klubun “sükanı arxasında” gənc alman mütəxəssislərdən birini görmək istəyir.

 

O, bu ilin oktyabrında “Bavariya”da Karlo Ançelottini əvəz edib. Haynkes 2018-ci ilin yayına qədər iş başında olacaq.

Tarix: 14 Noyabr 20:12    Oxunub: 154    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Yanvar 2018
23 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.