Kosovo ilə də bacarmadıq!

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması doğma divarlar arasında Kosovonu qəbul edib. Bu qarşılaşmada qrupda keçirdiyi ilk 4 oyunun hamısını məğlubiyyətlə başa vuran Samir Ələkəbərovun yetirmələrinin tsikldə ilk xalını qazanmaq şansı vardı.

 

İlk 4 oyunda qapısında 19 (!) top görən yığmamız Kosovo ilə matçda xal və ya xallar qazanmaqla, son pillədən qurtulmasa belə, ən azı rəqibləri ilə xal fərqini azalda bilərdi. 

 

Mərdəkandakı “Dalğa Arena”da keçirilən görüşdə qələbə qazanmaq mümkün olmasa da, yığmamız ilk xalını əldə etdi. Amma bu, matçın sonlarında komandamızın iki üzvünün meydandan qovulması bahasına başa gəldi.

 

Azərbaycan - Kosovo 0:0

Qırmızı vərəqə: Anton Krivotsyuk, 87.

Baş hakim: Romer Tarayev 
Baş hakimin köməkçiləri: Hannes Reynvald, Neeme Neemlaid
Dördüncü hakim: Eiko Saar (hamısı Estoniya)
Bakı. “Dalğa Arena”

Azərbaycan: 12. Mustafa Kamal Ozhitay, 2. Sertan Taskin, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 5. Serkan Baloğlu, 6. Qismət Alıyev, 7. Ehtiram Şahverdiyev, 8. Budaq Nəsirov, 10. Elnur Cəfərov, 16. İlyas Səfərzadə, 18. İlkin Muradov

Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 13 Murad Qayalı, 14. Yusif Nəbiyev, 17. Əlibəy Məmmədli, 19. İlkin Sadıqov, 20. Eltun Turabov, 21. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Ələkbərov

Kosovo: 1. Visar Bekay, 4. Besfort Kolgeçi, 5. Ardian İsmayili (k), 6. Dren Feka, 8. Florent Hasani, 10. Ron Broya, 11. Enis Bitiqi, 15. Muharrem Yaşari, 19. Mirlind Daku, 20. Kamer Krasniqi, 22. Florian Loş

Ehtiyat oyunçular: 12. Belim Halimi, 7. Meriton Korenitsa, 8. Lirim Kastrati, 13. Drilon Teyeçi, 14. İdris Voka, 16. Kuştrim Şabani, 17. İlber Maloku

Baş məşqçi: Rafet Prekazi

Tarix: 14 Noyabr 20:00    Oxunub: 179    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.