“Qarabağ”dan yeni sponsor iddialarına cavab: "Anlaşma imzalanmayıb"

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Türkiyənin “Damat” şirkətinin prezidentinin Ağdam klubuna sponsorluq etmələri barədə yayılan xəbərlərə münasibət bildirib.

 

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, klub rəsmisi "Damat" şirkətinin "Qarabağ"a sponsorluq etmədiyini bildirib:


 
“Bizim “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdu.

 

Doğrudu, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb.

 

Ola bilsin, şirkətin prezidenti olanları səhv xatırlayıb. “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdı”.

Tarix: 14 Noyabr 20:36    Oxunub: 280    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.