"Elnur nə nailiyyət qazanıb ki, kiminsə ona paxıllığı tutsun, ona yansın?”

21 yaşlılardan ibarət yığma komandamızın və “Neftçi”nin futbolçusu Elnur Cəfərov gündəmi zəbt edib.

 

 

Sportinfo.az xəbər verir ki, azarkeşi təhqir edib söhbətə çağıran futbolçunu fanatlar boykot ediblər. Millimizi dəstəkləyən fan-klublar bundan sonra Cəfərovu millinin oyunlarında fitə basacaqlarını açıqlayıblar.

 

“Milli dəstə” azarkeş qrupu bununla bağlı bəyanat da yayıb: “Bütün suallara aydınlıq gətirmək üçün yazışmanın tam hissəsini tapdım. Bilsəydim, bu yazışmanı bizimlə çiyin-çiyinə Azərbaycan futboluna azarkeşlik edən Ayazla edib, heç şübhə də etməzdim.

 

Nə isə, deməli Ayaz təhqirsiz bir səhifədə şərh yazıb, Elnur isə o şərhi “screen” edib Ayaza göndərib, onu təhqir edib və “telefon arxasında şişirsiz” deyib. Daha sonra isə Ayaz ona ağzının danışığına fikir verməsini deyib. O isə Ayaza xaricdə yaşadığı üçün belə böyük-böyük danışdığını bildirib.

 

Elnur çox xoşbəxt insandır ki, bu biabırçı məğlubiyyətlərə görə başlarına butulka atan yoxdur, 90 dəqiqə fitə basan yoxdur. Çünki bu tipli oyunçular azarkeşləri millidən küsdürüb. Amma əmin olsun ki, bu gündən sonra istər ev matçında, istərsə də səfərdə ona qarşı fikir bir mənalı olmayacaq.

 

Biz də iştirak etdiyimiz matçlarda onu 90 dəqiqə fitə basacağıq. Dua etsin ki, əsas milliyə çağırılmasın. Elnur deyir ki, “gözün götürmür, paxıllıqdan yanırsan”. Sanki Almaniyanı 7-0 udublar, azarkeş də ona paxıllıq edir.

 

Savadı olsaydı, anlayardı ki, azarkeş millinin qalibiyyətlərinə ondan daha çox sevinir, məğlubiyyətlərinə isə daha çox üzülür. Minlərlə maaşı alan siz, öz hesabına matçlara gələnlər və matçdan sonra üzgün şəkildə stadionu tərk edən kasıb azarkeşlər olur.

 

Elnur hansı hərəkəti, hansı oyunu ilə hansı oğlanları yandıracaq? Ümumiyyətlə bu nə ifadədir? Adam oxuduqca dəhşətə gəlir. Elnur hansı nailiyyət qazanıb ki, kiminsə də ona paxıllığı tutsun və ya ona yansın?”

Tarix: 14 Noyabr 19:48    Oxunub: 503    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.