Millinin baş məşqçi vəzifəsinə namizədlərin adları bilindi - SİYAHI

2018-ci il dünya çempionatına vəsiqə qazana bilməyən İtaliya millisinin baş məşqçisi postunda Campyero Venturanı əvəzləyə biləcək mütəxəssislərin siyahısı açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, yığmanın sükanı arxasına keçməyə 4 namizəd var. Bunlar yaxınlarda Almaniya təmsilçisi “Bavariya”nın baş məşqçi vəzifəsindən istefaya göndərdiyi Karlo Ançelotti,

 

“Çelsi”ni çalışdıran Antonio Konte, Rusiya “Zenit”inə rəhbərlik edən Roberto Mançini və İtaliya çempionu “Yuventus”un sükanı arxasında olan Massimiliano Alleqridir.


Nüfuzlu nəşrin apardığı sorğu zamanı azarkeşlərin 70 faizi İtaliya yığmasının baş məşqçisi postunda K.Ançelottini görmək istədiklərini bildiriblər. A.Konte səslərin 20, R.Mançini ilə M.Alleqri isə hərəyə 5 faizini toplayıb.

 

C.Ventura ilə bağlı qərar onun İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio görüşündən sonra açıqlanacaq. Böyük ehtimalla, 69 yaşlı mütəxəssislə əməkdaşlığa son qoyulacaq.

Tarix: 14 Noyabr 19:36    Oxunub: 195    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.