Bu milyarder Türkiyədə aşağı liqa klubunun sahibi olacaq?

Rusiyalı milyarder Mixail Prokorov Türkiyə ikinci liqa təmsilçisi “Karşıyaka”ya sahib ola bilər.

 

Sportinfo.az xəbər verir ki, onun klubun sabah keçiriləcək konqresində şirkətləşəcəyi gözlənilən futbol şöbəsinin başına keçəcəyi gözlənilir. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

Xəbərdə rus iş adamının klubun futbol şöbəsini ötən bazar günü İzmirə gələn Rumıniya futbolunun əfsanələri, vaxtilə “Qalatasaray”da çıxış etmiş George Haci və George Popeskuya həvalə edəcəyi qeyd edilib.

 

Prokorovun bu addımı atmasına səbəb kimi hər iki keçmiş futbolçunun Türkiyə futboluna yaxından bələd olması göstərilib.

 

Prokorovun ümumilikdə 9 milyarda yaxın sərvətin sahibi olduğu deyilir. 52 yaşlı iş adamı 2012-ci ildə Rusiya prezident seçkilərində Vladimir Putinə rəqib olmuşdu. 2.03 metr boya malik olan biznesmenin əsas maraq dairəsi isə basketboldu.

Tarix: 14 Noyabr 19:24    Oxunub: 240    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.