İŞİD-ə qoşulan boksçu Suriyada öldürüldü - FOTO

Suriyada İŞİD terror təşkilatının tərkibində döyüşən rusiyalı boksçu Vyaçeslav Lapşin öldürülüb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ufa şəhərindən olan idmançının bacısı Olqa Lapşina bildirib. Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü V.Lapşin 2002-ci ildə İslam dinini qəbul edib.


2015-ci ildə həyat yoldaşı və 3 uşağı ilə birlikdə Suriyaya yollanan rusiyalı idmançı 2016-cı ilin martında həlak olub.

 

Yaxınlarda onun həyat yoldaşı Rufina 4 uşağı ilə birlikdə Suriyadan geri dönüb. Məlum olub ki, Rufina ərinin ölümündən sonra başqa şəxslə ailə qurub və daha bir övladı dünyaya gəlib.

 

Vyaçeslav Lapşin 2006-cı ildə Rusiya çempionu tituluna sahib çıxıb. O, peşəkar rinqdə 58,9 kq çəki dərəcəsində 2005 - 2009-cu illərdə 9 döyüş keçirib və 5 görüşdən qalib ayrılıb. 

Tarix: 14 Noyabr 19:12    Oxunub: 324    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.