42 milyon dollar qazanan hücumçu qışda ayrılmaq istəyir

Karlos Tevesin işləri Çində qaydasında getmir. "Şanxay Şenhua"da llik təxminən 42 milyon dollar qazanan argentinalı hücumçu qışda komandadan ayrılmaq fikrindədi.

 

Sportinfo.az xəbər verir ki, Teves sabiq komandası "Boka Xuniors"a qayıda bilər. Bu barədə Argentina mətbuatı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, klubun prezidenti Daniel Anxeliçi Teveslə görüşmək üçün Çinə yollanacaq. Danışıqlardan sonra bu keçidin baş yuyub-tutmayacağı dəqiqləşəcək.

 

Teves ötən ilin dekabrında "Boka Xuniors"dan "Şanxay Şenhua"ya keçmişdi. 33 yaşlı forvard bu müddət ərzində cəmi 4 qol vurub.

Tarix: 14 Noyabr 18:48    Oxunub: 166    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.