Mikayıl Nərimanoğlu: "Səhvi etiraf edirəm, amma yeyinti olmayıb”

AFFA Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Mikayıl Nərimanoğlu nəhayət, danışdı.

 

Uzun müddətdi kölgəyə çəkilən Mikayıl bəy “futbolinfo”nun əməkdaşı ilə qısaca söhbət etməyə razılaşdı.
 
Sportinfo.az xəbər verir ki, “Kəpəz”in Müşahidə Şurasından geri çağırılan, ardınca AFFA-dakı postundan da göndərilən Nərimanoğlu başverənlərlə bağlı geniş danışmaq istəmir:

 

“Hələ danışmaq üçün uyğun zaman deyil. Yoxlamanın tam bitməsini gözləyək. Hər şey dəqiqləşəndən sonra bizim də deməyə sözümüz olacaq”.
 
Mikayıl bəy “Kəpəz”in mühasibi Mənsurə Məmmədovanın ittihamlarını da cavablamaq istəmir: “Nə deyibsə, sağ olsun. Kiməsə cavab vermək istəmirəm. Tezliklə hər şey aydınlaşacaq”.
 
Bəs, Nərimanoğlu Gəncə klubunda maliyyə yeyintiləri ilə bağlı hansısa etiraf edəcəkmi? “Hansısa yeyinti olmayıb. Sənədlərlə bağlı müəyyən problemlər var idi. Səhvi etiraf edirəm, amma yeyinti olmayıb”.
 
Mikayıl bəy söhbəti burda bitirdi, əlavə nə isə danışmaq istəmədi. Və yoxlamalar yekunlaşandan sonra ətraflı müsahibəyə söz verdi.

Tarix: 14 Noyabr 18:24    Oxunub: 304    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.