“Beşiktaş”da “qırmızı şeytan”

“Beşiktaş” “Mançester Yunayted”in və Belçika millisinin yarımmüdafiəçisi Maruan Fellaininin xidmətində maraqlıdı.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. “Daily Mirror”un yaydığı məlumata görə, İstanbul təmsilçisi belçikalı futbolçunun transferi üçün 8 milyon funt-sterlinq ödəməyə hazırdı.

 

Xəbərdə həmçinin, “Beşiktaş”ın “Monako” ilə səfər oyunundan (2:1) sonra klub prezidenti Fikrət Ormanın futbolçu ilə görüşdüyü qeyd edilib.

 

Fellaini Ormanla görüşdə əsas fikrinin “Mançester Yunayted”də qalmaq olduğunu, lakin bu klubdan ayrılacağı təqdirdə, təklif üzərində düşünəcəyini dediyi vurğulanıb.

 

Yarımmüdafiəçinin karyerası barədə son sözü isə “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo deyəcək.

 

Belə ki, portuqaliyalı mütəxəssis belçikalı futbolçunun klubda qalmasını istəsə, Fellaini karyerasını “qırmızı şeytanlar”ın heyətində davam etdirəcək. Əks halda isə o, digər variantlar üzərində düşünməli olacaq.

Tarix: 14 Noyabr 18:00    Oxunub: 138    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.