"Onu belə bir məbləğə satmaq çox çətin iş idi, bunu bacara bildik"

"Yuventus"un idman direktoru Beppe Moratta komandanın sabiq futbolçusu Pol Poqbanın "Mançester Yunayted"ə transferi haqda açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi 2016-cı ilin yayında "qoca sinyora"dan "qırmızı şeytanlar"a 105 milyon avro qarşılığında transfer olunan Poqbanın keçidini karyerasının ən böyük uğuru olduğunu qeyd edib:

 

"Poqba bizdə 4 mövsüm oynadı. Amma onu belə bir məbləğə satmaq çox çətin iş idi. Ancaq bunu bacara bildik. Karyeramı vərəqləyəndə anlayıram ki, bu, mənim ən böyük uğurumdur".

 

Poqbanın transferindən əldə edilən qazanca "Napoli"dən 94 milyon avroya "Pipita" ləqəbli Qonsalo İquaini alan "Yuventus" rəsmisi argentinalı forvardın komandaya böyük güc qatdığını söyləyib.

Tarix: 14 Noyabr 17:12    Oxunub: 108    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.