Kamran Ağayevin cəzası

Çexiya Futbol Federasiyasının İntizam Komitəsi Azərbaycan yığmasının və “Mlada Boleslav”ın qapıçısı Kamran Ağayevi cəzalandırıb.

 

Sportinfo.az xəbər verir ki, millimizin qolkiperi ölkə çempionatının 13-cü turunda “Banik Ostrava” ilə səfər matçında iki sarı vərəqədən sonra “qırmızı” aldığı üçün 1 oyunluq cəzalandırılıb.

 

Bu üzdən Kamran 14-cü turda “Bohemians”la ev oyununda komandasına kömək edə bilməyəcək. “Banik Ostrava” ilə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.

 

Tarix: 14 Noyabr 16:48    Oxunub: 151    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.