"Bu cür getmək utancvericidi, onda ağlayırdıq, indi isə..."

DÇ-2018-in seçmə mərhələsinin pley-off oyununda iki qarşılaşmanın nəticəsinə əsasən İsveçə uduzaraq (0:1, 0:0) mundialdan kənarda qalan İtaliya millisinin müdafiəçisi Andrea Barzalyi skandinavlarla cavab matçından sonra milli karyerasını bitirdiyini açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, 36 yaşlı müdafiəçi yerli mətbuata açıqlamasında yığmadan bu cür məğlubiyyətlə yollanmağın utancverici olduğunu deyib:

 

“Futbol mənasında bu, həyatımın ən böyük xəyal qırıqlığıdı. Bu cür getmək utancvericidi. AÇ-2016-da çempion olmadığımız üçün ağlayırdıq, indi isə seçmə mərhələni belə, keçə bilmədik.

 

Bu, mənim karyeramda çox böyük zərbədi. Ümid edirəm ki, gənc oyunçular vəziyyəti ələ alacaq və bizdən daha uğurlu olacaqlar.

 

Bizim vaxtımız, veteranların dövrü bitdi. İndi gənc, qələbəyə ac olan futbolçuların dövrü başlayır. Belə də olmalı idi”.

 

Barzalyi 2004-cü ildən İtaliya millisinin uğurları üçün çalışırdı. O, yığmada 73 oyun keçirib. “Skuadra adzurra”nın heyətində DÇ-2006-da qızıl, AÇ-2012-də gümüş medal qazanmışdı.

Tarix: 14 Noyabr 16:24    Oxunub: 67    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.