Azərbaycanlı futbolçu maddi problemlə üzləşib - Klub sahibsiz qalıb

Azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi Rusiyanın “Fakel” klubu maddi problemlə üzləşib. 


Sportinfo.az xəbər verir ki, bu barədə Voronej təmsilçisinin baş məşqçisi Pavel Qusev sportbox.ru saytına bildirib.


O, klubun borcu olduğunu və gərgin günlər yaşadıqlarını etiraf edib. Baş məşqçi təşkilati məsələlərlə bağlı da çətinlik yaşadıqlarını söyləyib.

 

Qusev “Voronej vilayətinin qubernatoru ilə sonuncu dəfə nə vaxt görüşmüsünüz” sualına belə cavab verib: “İlk və sonuncu dəfə 2015-ci ildə komandaya II liqanın qızıl medallarını təqdim edən zaman”.

 

I divizionun XXI turu çərçivəsində keçirilmiş “Luç-Energiya” – “Ximki” görüşünün 15-ci dəqiqəsində meydan sahiblərinin futbolçuları ictimaiyyətin diqqətini maddi çətinliklərə çəkmək üçün oyunu dayandırıblar.

 

“Fakel” hazırda 21 xalla 18-ci pillədə qərarlaşıb. Voronejlilər sonuncu – 20-ci sıradakı “Rotor”dan 1 xal çox toplayıblar.

Tarix: 14 Noyabr 15:48    Oxunub: 268    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.