Millinin yarımmüdafiəçisi meydana çıxmaqdan imtina etdi - VİDEO

İtaliya millisinin futbolçusu Daniele De Rossi İsveç yığması ilə 2018-ci il dünya çempionatının pley-off mərhələsinin cavab oyununda meydana çıxmaqdan imtina edib.


Sportinfo.az xəbər verir ki, qalmaqal matçın ikinci hissəsində baş verib. Baş məşqçi Campyero Venturanın köməkçilərində biri 34 yaşlı yarımmüdafiəçiyə yaxınlaşıb və əvəzetməyə hazırlaşmasını istəyib.

 

De Rossi isə ilk görüşdə 0:1 hesabı ilə uduzduqları üçün meydana hücumçu buraxmağı daha düzgün hesab etdiyini bildirib: “Lənət şeytana, niyə mən çıxmalıyam? Bizə müdafiə olunmaq yox, qələbə lazımdı! İnsinyeni buraxın”.

 

İsveçlə pley-off mərhələsinin cavab matçında qolsuz bərabərə qalan İtaliya millisi DÇ-1958-dən bəri ilk dəfə mundialdan kənarda qalıb. Daniele De Rossi oyundan sonra yığma karyerasını başa vurduğunu açıqlayıb.

 

Tarix: 14 Noyabr 15:36    Oxunub: 103    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.