Elnur Cəfərov onu təhqir etdi, "razborka"ya çağırdı

21 yaşlılardan ibarət yığma komandamızın və “Neftçi”nin futbolçusu Elnur Cəfərov yenidən gündəmə gəlib. 

 

Sportinfo.az xəbər verir ki, bəstəboy hücumçu bu dəfə də oyunu ilə yox, özünü apara bilməməsi ilə seçilib.

 

Noyabrın 8-də evdə Almaniyadan alınan 0:7 hesablı yenilgidə 90 dəqiqə meydanda olan Elnur 5 gün ərzinə ikinci dəfə sosial şəbəkədə diqqəti cəlb edib.

 

Fiaskodan bir gün sonra bahalı maşında gülə-gülə şəklini paylaşan millimizin 20 yaşlı qoçusu indi də onun çıxışından narazı olan azarkeşi təhqir edərək, söhbətə çağırıb.

 

Ümumiyyətlə, “İnstagram” hesabında tez-tez türmə həyatı, tin söhbətləri kimi paylaşımlar edən Cəfərovdan bundan artığını gözləmirdik də...

 

Mövsümün əvvəlində oyunsonrası brifinqlərin birində peşəkarlıqdan dəm vuran Cəfərov yaxşısı budu fikrini başqa şeylərə yönəltsin. Elnur, təsbehini qoy qabağına fikirləş. Bunun üçün kifayət qədər səbəbin də var: “Tondella”dan tutmuş “Duqopolye”yə qədər. 

Tarix: 14 Noyabr 15:12    Oxunub: 343    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.