"Binə"nin baş məşqçisi "Neçə oyun idi ki, bəxtimiz gətirmirdi" - VİDEO

I Divizionun 8-ci turunda "Binə" səfərdə "Ağsu"ya 2:0 hesabı ilə qalib gəlib.

 

Sportinfo.az xəbər verir ki, oyundan sonra "Binə"nin baş məşqçisi Mehman Babayev qələbə təəssüratlarını klubun "youtube" kanalına verdiyi açıqlama bölüşüb:

 

"Çətin səfər idi. "Ağsu" yaxşı komandadır. Neçə oyun idi ki, bəxtimiz gətirmirdi. İnşallah, qələbələrimizin ardını gətirmək istəyirik. Qalibiyyət seriyasını davam etdirmək üçün çalışacağıq".

 

Babayev komandada xüsusi olaraq kimisə fərqləndirmədiyini və hamıdan razı qaldığını deyib:

 

"Xüsusi olaraq kimisə fərqləndirmək istəməzdim. Kollektiv oyun göstəririk. Hamıdan razıyam. Hər birini təbrik edirəm".

 

Komandanın gənc yarımmüdafiəçisi Mənsur Nəhavəndi də "Ağsu" zəfəri haqda danışıb: "Şükürlər olsun ki, yaxşı oynadıq. Qarşılıqlı hücumlar oldu.

 

Bölgə komandaları ilə səfər oyunları çətin keçir. 2 oyun idi ki, lazımsız xallar itirirdik. İnşallah, bu qələbə bizim üçün geri dönüş olacaq. Bundan sonra ilk "üçlük"də yer alacağıq".

 

8 turdan sonra "Binə" 11 xalla 5-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 20 xalı olan "Qaradağ Lökbatan" başçılıq edir.

 

 

Tarix: 14 Noyabr 12:36    Oxunub: 146    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.