Buffon göz yaşları içində İtaliya yığması ilə vidalaşdı

"Yuventus"un qapıçısı Canluici Buffon İtaliya milli komandası ilə vidalaşıb.


Sportinfo.az xəbər verir ki, bu barədə 39 yaşlı qolkiper "Skuadra Adzurra"nın İsveçə iki oyunun nəticəsinə görə uduzaraq, 2018-ci il dünya çempionatından kənarda qaldığı oyundan sonra açıqlama verib.


Göz yaşlarına hakim ola bilməyən Buffon deyib: "Mən İtaliya yığmasını tərk edir və yerimi gənclərə verirəm".

 

İsveçlə ilk görüşdə 0:1 hesabı ilə uduzan İtaliya cavab oyunundan qolsuz bərabərliklə ayrılıb. Bununla da Canluici Buffonun komandası 1958-ci il dünya çempionatından sonra ilk dəfə mundialdan kənarda qalıb.

Tarix: 14 Noyabr 09:00    Oxunub: 159    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.