Millimizin üzvünə özünə komanda tapmaq göstərişi verdilər

Azərbaycan millisinin futbolçusu Dəniz Yılmaz “Bursaspor”a lazım deyil.

 

Sportinfo.az xəbər verir ki, bu haqda məlumatı yayan Türkiyə mətbuatı komandanın fransalı baş məşqçisi Pol Le Quen hücumçumuzun xidmətində maraqlı olmadığını bəyan edir.

 

Yılmazın adı mütəxəssisin göndərəcəyi futbolçular siyahısında ilk olanlardandı. Klub rəhbərliyi də Dənizı artıq özünə komanda tapmaq göstərişini verib. 

 

Yığmamızın heyətində 2 matç keçriən 28 yaşlı Yılmaz bundan əvvəl də heyətdən kənarlaşdırılmış, ancaq məhz Le Quenin istəyi ilə yenidən əsas komandaya qaytarılmışdı. Onun klubla 2019-cu ilə kimi müqaviləsi var. 

Tarix: 14 Noyabr 08:36    Oxunub: 247    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.