"Kömək edə bilməyəcəm, çox istəyirdim, amma alınmadı"

Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev bu gün U-21-in AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Kosovoya qarşı keçirəcəyi oyunda iştirak edə bilməyəcəyindən təəssüfünü dilə gətirib.

 

Sportinfo.az xəbər verir ki, o, “Facebook”dakı səhifəsində artıq məşqlərə başladığını da diqqətə çatdırıb:

 

“Təəssüf ki, sabah (bu gün) U-21-ə kömək edə bilməyəcəm. Çox istəyirdim, amma zədəyə görə alınmadı. Bu gündən yüngül məşqlərə başlamışam”.

 

Şeydayev də U-21-in Almaniya və Kosovoya qarşı keçirəcəyi oyunlar üçün açıqlanan heyətdə yer almışdı. Amma o, zədəli olduğu üçün millidən ayrılmaq məcburiyyətində qalmışdı.

Tarix: 14 Noyabr 08:24    Oxunub: 185    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.