"Real" Neymarın əvəzində Beyllə Kroosu verməyə hazırdı

"Real" PSJ-də xoşbəxt olmadığı iddia edilən Neymar üçün təklif göndərməyə hazırlaşır.

 

Sportinfo.az xəbər verir ki, "kral klubu" braziliyalı futbolçu üçün Paris təmsilçisinə Qaret Beyllə Toni Kroosu verməyə hazırdır.

 

222 milyon avro qarşılığında yay transfer dönəmində "Barselona"dan PSJ-yə keçən Neymarın qiyməti 400 milyon avrodan çoxdur.

 

PSJ 25 yaşlı oyunçunu satmaq istəməsə də, Madrid klubu futbolçunun keçidində israrlıdır. Madridlilər Beyllə Kroosu təklif etməklə transferi ucuz qiymətə həll etmək istəyir.

 

Neymar bu mövsüm PSJ-nin heyətində 12 oyun keçirib. O, 11 qol vurub və 7 dəfə assist edib.

Tarix: 14 Noyabr 00:40    Oxunub: 107    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.