FOTO - “Qarabağ”ın rəqibinin hücumçusu tənqidlərə cavab verdi

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma”nın hücumçusu Edin Dzeko komandasının çempionluq şansları barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, bosniyalı forvard “Kicker”ə açıqlamasında “Roma” ilə skudettonu qazanmaq üçün daha iki il vaxtı olduğunu deyib.

 

O, A seriyasının cari mövsümündə də əsas favorit kimi “Yuventus”u gördüyünü bildirib: “Roma” ilə skudettonu qazanmaq üçün qarşımda daha iki il vaxt var.

 

Bu mövsümdə titul uğrunda daha çox komanda mübarizə aparsa da, “Yuventus” yenə əsas favorit olaraq qalır. Onlar həmişə çempion olublar və bu yolda İquaynın transferi üçün 90 milyon avro xərcləməkdən çəkinmirlər”.

 

Dzeko son vaxtlar tez-tez tənqid olunmasına da münasibət bildirib: “Sosial şəbəkələrdə hamı danışır. Məni komanda yoldaşlarımdan biri tənqid etsə, bu barədə ciddi düşünərəm. Lakin bəzi insanlar məni tanımadan, bilmədən tənqid edirlər.

 

Bu cür tənqidlərə əhəmiyyət vermirəm. “Roma”nı ilk mövsümdən sonra tərk edə bilərdim. Ancaq ayrılmadım və hər şey qaydasında getdi.

 

Messi və Ronaldo kimi futbolçular ardıcıl iki oyunda qol vurmasa, hamı onların böhranda olduğu barədə danışmağa başlayacaq. Lakin biz robot deyilik, biz də insanıq və bizim də yüksəliş və eniş dövrlərimiz olur”.

 

Dzeko cari mövsümdə şans qazandığı 15 oyunda 10 qol vurub. O, Bakıda keçirilmiş “Qarabağ” - “Roma” matçında (1:2) komandasının qollarından birinə imza atmışdı.

Tarix: 14 Noyabr 00:10    Oxunub: 88    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.