“Ronaldo məndən daha eqoistdi, ancaq bu, məni narahat etmir"

“Real”ın hücumçusu Kərim Benzema özünü komanda yoldaşı Kriştiano Ronaldo ilə müqayisə edib.

 

Sportinfo.az xəbər verir ki, Kərim Ronaldonu özünə nisbətən daha eqoist adlandırıb. Ancaq o, buna görə narahat olmadığını da bildirib:

 

“Ronaldo mənə nisbətən daha eqoistdi. Ancaq belə hal normaldı. Biz yaxşı anlaşırıq. Onunla oynamaq xoşuma gəlir.

 

Onun eqoizmi məni narahat etmir. Ona görə ki, bu eqo komandaya xeyir verir”.

 

Bu mövsüm Benzema və Ronaldo İspaniya çempionatında 7 oyun keçirib, hərəyə bir qol vurublar.

Tarix: 13 Noyabr 21:00    Oxunub: 144    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.