“Mançester Yunayted”in sabiq futbolçusunda xərçəng aşkarlandı

“Mançester Yunayted”in sabiq futbolçusu Liam Millerdə ağır xəstəlik aşkarlanıb.


Sportinfo.az xəbər verir ki, 36 yaşlı irlandiyalı yarımmüdafiəçinin mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyi məlum olub.


Artıq bir sıra klub və futbolçular sosial şəbəkə vasitəsilə Millerə dəstəklərini nümayiş etdiriblər. “Mançester Yunayted”in rəsmi “Twitter” hesabında da üzücü xəbərlə bağlı paylaşım edilib.

 

İngiltərə təmsilçisi bəyan edib ki, klub olaraq hazırda ABŞ-da müalicə alan futbolçunun və onun ailəsinin yanındadırlar.


“Seltik”in yetirməsi olan Liam Miller karyerası ərzində “Mançester Yunayted”lə yanaşı, İngiltərənin “Lids”, “Sanderlend”, KPR, Avstraliyanın "Pert Qlori", "Brisben Roar", "Melburn Siti", eləcə də İrlandiyanın “Kork Siti”, Danimarkanın “Orxus” və ABŞ-ın “Uilminqton” komandalarının formasını geyinib. 

Tarix: 13 Noyabr 20:48    Oxunub: 181    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.