Dünya 7 yaşlı bu azərbaycanlı qızdan danışmalıdı - FOTOLAR

Macarıstanın Pecs şəhərində Bədii gimnastika üzrə XIII Beynəlxalq Pecs Kuboku uğrunda yarışlar keçirilib.

 

Sportinfo.az xəbər verir ki, turnirdə iştirak edən həmyerlimiz Mina Abbasova turnirin qızıl medalına layiq görülüb.

 

Yarışa ev sahibliyi edən Macarıstanla yanaşı, 15-dən çox xarici ölkənin, o cümlədən, Xorvatiya, İsrail, Avstriya, Rusiya, Bosniya və Hersoqovina, Polşa, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveç, Almaniya, Moldova, Slovakiya, Sloveniya, Belçika və digər dövlətlərin təmsilçiləri iştirak edib.

 

Mina Abbasova artıq 2 ildir ki, Budapeştdə fəaliyyət göstərən Rus Ritmik Gimnastik Sport Klubunda məşğul olur. O, Almaniya, Çexiya, Serbiya və Slovakiyada keçirilən beynəlxalq turnirlərdə də fəxri kürsünün yüksək pillələrinə qalxıb.

 

Mina valideynlərinin işi ilə bağlı yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, gələcəkdə yarışlarda Azərbaycan bayrağını dalğalandırmağı arzuladığını bildirib.

 


Tarix: 13 Noyabr 20:36    Oxunub: 256    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.