“Gələcəyə baxmıram, DÇ-dən sonra nələr olacağını bilmirəm"

Lionel Messi Argentina millisinin DÇ-2018-ə qatılmayacağı təqdirdə belə milli ilə vidalaşmağı düşünmədiyini bildirib.

 

Sportinfo.az xəbər verir ki, mundialdan kənar qalacaqları təqdirdə hazırkı heyətin sonu olacağını deyib.

 

O, həmçinin DÇ-dən kənar qalmaqlarının axmaqlıq olduğunu da söyləyib: “DÇ-yə qatılmamaq axmaqlıq olardı. Bu zaman nələr olacağını heç düşünmədim, çünki bu hamı üçün fəlakət olardı”.

 

Messi növbəti mundialın onun üçün sonuncu olacağı ilə bağlı fikirlər haqqında da danışıb: “Gələcəyə baxmıram.

 

DÇ-dən sonra nələr olacağını bilmirəm. Rusiyada ən yaxşı oyunumuzu sərgiləməliyik. DÇ-yə az vaxt qalıb, sonra nə baş verəcəyini görəcəyik”.

Tarix: 13 Noyabr 20:00    Oxunub: 70    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.