"Kəpəz"in hücumçusu üçün il erkən başa çatdı - Ağır zədə

“Kəpəz”in futbolçusu Fərid Məmmədov ciddi zədə alıb.

 

Sportinfo.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, gənc hücumçu qış fasiləsinə kimi müalicə olunacaq.

 

Bir müddət öncə MRT müayinəsi zamanı Məmmədovun dizin yan kollateral bağında qismi qopma və menisküsda ikinci dərəcəli degenerasiya aşkar olunmuşdu.

 

Zədə ağır olsa da, cərrahiyə əməliyyatına ehtiyac duyulmayıb. Fəridin müalicə prosesi 20 gün davam edəcək. 

Tarix: 13 Noyabr 19:12    Oxunub: 114    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.