"Mən millidə bu cür oyunçunu görmək istəmirəm"

İngiltərə yığmasının sabiq hücumçusu Alan Şirer milliyə gəlməkdən imtina edən “Çelsi”nin yarımmüdafiəçisi Daniel Drinkouter barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, sabiq forvard “San” nəşrinə açıqlamasında Drinkouterin bu hərəkətindən sonra ümumiyyətlə, milliyə çağırılmamalı olduğunu bildirib:

 

“Onun bu hərəkətinə görə çox təəccübləndim. Oyunçu milli komandadan imtina edir, çünki klubunda az şans qazanır. Bu sözləri deyərkən nə düşünürdü?

 

Az oynamısansa, əlinə düşən bu fürsətdən yararlanmalısan. Mən millidə bu cür oyunçunu görmək istəmirəm. Bu cür münasibətə görə Drinkouter ümumiyyətlə, milliyə çağırılmamalıdı”.

Tarix: 13 Noyabr 18:36    Oxunub: 119    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.