“Mən qol vurmaq üçün doğulmuşam, cərimə meydançasında leopard kimiyəm”

“Mançester Yunayted”in və Belçika millisinin hücumçusu Romelu Lukaku iddialı açıqlamalar verib.

 

Sportinfo.az xəbər verir ki, hazırda yığmanın düşərgəsində olan, Meksika ilə yoldaşlıq oyununda (3:3) 2 qola imza atan forvard ölkəsinin mətbuatına açıqlamasında özünü bir xeyli tərifləyib:

 

“Mən qol vurmaq üçün doğulmuşam. Mövqeyimdə çıxış edən bir çox oyunçunun mənim qədər qolu yoxdu. Cərimə meydançasında leopard kimiyəm”.

 

Lukaku “Mançester Yunayted”in son xal itkilərinə də münasibət bildirib: “Son vaxtlar mövsümün əvvəlindəki formamızdan uzağıq. Bu, mənim üçün də çətindi.

 

Mövsümün gedişində bu cür halların yaşanması normaldı. Ancaq bir neçə zədəli oyunçumuz var. Ümid edirəm ki, onlar qayıtdıqdan sonra daha yaxşı oyun sərgiləyəcəyik”.

 

Mövsümün əvvəlində “Everton”dan 85 milyon avroya transfer edilən hücumçu cari mövsümdə şans qazandığı 17 oyunda 11 qol, 3 məhsuldar ötürməyə imza atıb.

Tarix: 13 Noyabr 17:48    Oxunub: 192    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.