Son 20 ildə ən çox baş məşqçi dəyişən futbol komandası

İngiltərədə son 20 ildə ən çox baş məşqçi dəyişən futbol komandası müəyyənləşib.


Sportinfo.az xəbər verir ki, siyahıya hazırda səviyyəcə 4-cü liqada çıxış edən “Notts Kaunti” başçılıq edir.

 

Nottingem təmsilçisi bu müddətdə 23 baş məşqçinin xidmətindən yararlanıb. İkinci sırada Premyer Liqada mübarizə aparan “Kristal Pelas”dır – 21 mütəxəssis.

 

“Üçlüy”ü qapayan və hazırda 3-cü liqada yer alan “Portsmut”a isə 19 nəfər rəhbərlik edib.

 

İngiltərədə son 20 ildə əsas komandanın baş məşqçisini dəyişməyən yeganə klub “Arsenal”dır. Fransalı Arsen Venger 1996-cı ildən London təmsilçisinin sükanı arxasındadı.

Tarix: 13 Noyabr 17:36    Oxunub: 141    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.