Pulu qurtaran Bakı klubu Azərbaycan çempionatını tərk etdi

Futzal üzrə ölkə çempionatının Birinci Liqasında çıxış edən Bakının “Qrafika” komandası futzal federasiyasına müraciət edərək yarışda iştirakını dayandırdığını bildirib.

 

Sportinfo.az xəbər verir ki, bunu nəzərə alan federasiya rəhbərliyi bir müddət əvvəl Slovakiyada keçirilən seçmə mərhələdə iştirak etmiş 17 yaşadək futzalçılardan ibarət milli komandanı çempionata dəvət edib.
 
İki ildən sonra bu komandalar arasında Avropa çempionatının keçiriləcəyini nəzərə alan federasiya həmin turnirdə iştirak edəcək milli komandanın formalaşdırılması üçün işlərə start verib.

 

İlkin variantda həftədə 2 dəfə məşq keçəcək yeniyetmələr güclərini Birinci Liqada da sınayacaq. Komandaya yenə Fuad Rzayev rəhbərlik edəcək. Baş məşqçi mütəmadi olaraq gənc futzalçılar arasında seçim edəcək.
 
Maliyyə problemi yaşayan  "Qrafika"nın cari mövsümdəki nəticələri U-17-nin hesabına yazılacaq.“Qrafika”nı U-17 əvəz edəcək.

Tarix: 13 Noyabr 17:24    Oxunub: 240    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.