Milli həsrəti ilə yatıb-qalxan ulduz: “Qarabağ”a qalib gəlməli və..."

“Heyət açıqlananda çox məyus oldum. Qarşıdakı dünya çempionatı ilə bağlı hədəfim böyükdü. Orda iştirak etmək hələ də ən böyük arzumdu”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Çelsi”nin yarımmüdafiəçisi Temue Bakayoko deyib.

 
Yay fasiləsində 40 milyon avro müqabilində “Monako”dan “Çelsi”yə transfer edilən gənc futbolçu Fransa millisindən kənarda qalmasına münasibət bildirib.

 

Uels və Almaniya ilə yoldaşlıq görüşləri üçün baş məşqçi Didye Deşamdan dəvət almayan 23 yaşlı oyunçu bunu özünə qarşı haqsızlıq hesab edir.
 
O, Britaniya mətbuatına açıqlamasında öz mövqeyində qərarlaşan futbolçulardan zəif olmadığını söyləyib: “Hazırda böyük klubda çıxış edirəm və düşünürəm ki, bu amil mənim xeyrimə ola bilər.

 

Yığmaya dəvət alan Adrien Rabio, Nqolo Kante, Bleyzi Matuidi və Sorentin Tolisso heç də məndən güclü deyillər. Məşqçilər korpusunun seçiminə və dəvət edilən futbolçulara hörmətlə yanaşıram.

 

Onlar istedadlı dostlardı. Seçildikləri üçün qürur duyuram, ancaq onlarla birlikdə olmaq istəyirəm. Çünki onlardan zəif deyiləm”.
 
Bu mövsüm “Çelsi”nin heyətində 15 oyun keçirən Bakayoko müntəzəm oynamaqda davam edəcəyi təqdirdə, yığmaya çağırılacağına inanır.

 

“Zadəganlar”ın heyətində “Qarabağ” (6:0), “Kristal Pelas”la (2:1) oyunda fərqlənən orta sahə oyunçusu ilk növbədə Çempionlar Liqasında noyabrın 22-də Bakıda keçiriləcək görüş barədə düşündüyünü sözlərinə əlavə edib (apasport.az):

 

“Doğrudu, dünya çempionatına hələ çox vaxt var.  Hazırda “Çelsi” ilə Premyer Liqa və Çempionlar Liqasında uğur qazanmaq barədə düşünürəm. Xüsusən də, Çempionlar Liqası bizim üçün çox önəmlidi. Bu il hədəfimiz finala qədər irəliləyib, kuboku qazanmaqdı.

 

Ancaq bunun üçün ilk növbədə “Qarabağ”a qalib gəlməli və növbəti mərhələ şansımızı yaxşılaşdırmalıyıq. Premyer Liqa və Çempionlar Liqasında nə qədər çox oynasam, Fransa millisinə çağırılmaq şansım da bir o qədər artar”.

 
Temue Bakayoko cəmi 1 dəfə - martın 28-də İspaniya ilə yoldaşlıq görüşündə Fransa yığmasının formasını geyinib.

Tarix: 13 Noyabr 16:36    Oxunub: 241    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.