Qvardiola qovmuşdu, “Bavariya” rəhbərliyi geri qaytardı

Doktor Hans-Vilhelm Müller-Volfart yenidən “Bavariya”ya qayıdıb.

 

Sportinfo.az xəbər verir ki, 75 yaşlı həkim Xosep Qvardiolanın baş məşqçi olduğu vaxtda klubdan qalmaqallı şəkildə qovulmuşdu.

 

Pep onun işindən narazılığını bildirmiş, heyətdə zədəlilərin çox olmasına görə tibbi personalı günahlandırmışdı.

 

Volfart bundan sonra “Bavariya”nın tibbi personalına rəhbərlik edəcək. O, klub rəsmiləri ilə görüşərək, “Bavariya”nın tibb departamentinin inkişaf konsepsiyasını razılaşdırıb.

Tarix: 13 Noyabr 16:12    Oxunub: 139    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.