UEFA-nın "Qarabağ"ın futbolçusu ilə bağlı qərar verəcəyi iclas təxirə salındı

UEFA Çempionlar Liqasının IV turunda İspaniyada “Atletiko” ilə görüş zamanı qırmızı vərəqə alan "Qarabağ"ın futbolçusu Pedro Enrike ilə bağlı məsələyə dair iclasını təxirə salıb. 

 

Sportinfo.az xəbər verir ki, UEFA İntizam Komitəsinin noyabrın 10-a təyin edilmiş iclası noyabrın 16-na keçirilib. Təxirəsalmanın səbəbi açıqlanmır. 

 

Madriddə keçirilmiş oyunun 59-cu dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Dieqo Qodinin sifətinə ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alan braziliyalı yarımmüdafiəçinin cəzası ən azı bir oyun olacaq.

 

Lakin UEFA Pedro Enrike ilə bağlı yekun qərarı İntizam Komitəsinin verəcəyini açıqlayıb. 1:1 hesabı ilə yekunlaşan matçda meydan sahiblərinin futbolçusu Stefan Saviç də qırmızı vərəqə alıb. Lakin o, 88-ci dəqiqədə ikinci “sarı” ilə komandasını azlıqda qoyub.

Tarix: 13 Noyabr 15:36    Oxunub: 180    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.