“Qarabağ”ın rəqibinin 120 milyon avroluq transfer planı

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən “Çelsi” hücum xəttindəki problemi həll etmək üçün gözünü İtaliyaya dikib.

 

Sportinfo.az xəbər verir ki, London klubu A seriyası təmsilçisi “İnter”in hücumçusu Mauro İkardini heyətinə cəlb etmək istəyir. Bu barədə məlumatı Britaniyanın “San” nəşri yayıb.

 

Xəbərdə “zadəganlar”ın baş məşqçisi Antonio Kontenin rəhbərlikdən argentinalı hücumçunun transferini istədiyi qeyd edilib.

 

Premyer Liqanın son çempionunun rəhbərliyinin İkardinin transferi üçün 120 milyon avrosundan keçməyə hazır olduğu vurğulanıb.

 

İkardi A seriyasının cari mövsümündə 11 qola imza atıb. O, bombardirlərin yarışında Çiro İmmobile və Paolo Dibaladan sonra 3-cü sırada qərarlaşıb. 24 yaşlı forvardın xidmətində “Arsenal” və “Bavariya” da maraqlıdı.

Tarix: 13 Noyabr 15:12    Oxunub: 74    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.