Qurbanov “Qarabağ”dan getsə və şuraya qulaq assa… GÜNDƏM

Ötən həftə qərar verildi. AFFA-nın rəsmi saytında İcraiyyə Komitəsinin verdiyi qərarlar arasında birincisi belədi: "Qurban Qurbanov Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun.

 

O, milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqavilə müddətinin başa çatmasından dərhal sonra başlasın. Q.Qurbanov, eyni zamanda, “Qarabağ”ın baş məşqçisi vəzifəsində fəaliyyətini davam etdirəcək".


Bu qərarın müsbət və mübahisə doğuran, müzakirəyə səbəb olan məqamları artıq gündəmdədir. Onlardan bəzilərinə diqqət edək. Ən əsas mövzu baş məşqçinin klubda qalmasıdı.

 

6 il müddətinə müqavilə imzalamış Qurban Qurbanovun cari mövsümün sonuna qədər "Qarabağ"da qalması haradasa anlaşılan olsa və problemli görünməsə də, bunun daimiliyi gələn çempionatdan problemə çevrilə bilər.

 

Çünki reallıqda səsə-küyə salınmasa belə, digər klubların faktiki maraqları ilə toqquşacaq. Üstəlik, "Qarabağ"ın millinin qeyri-rəsmi əsas bazasına çevrilməsi müəyyən mənada ziddityyətlərin təməli olacaq. 

 

Peşəkarlığa zidd olan bu qərar gələcəkdə çox suları bulandıra bilər. Üstəlik, onu da nəzərə alaq ki, Qurbaq Qurbanov həm də digər milli kollektivlərin strateji rəhbəri olacaq. O, kimləri həmin komandaların sükanı arxasına əyləşdirəcək? Bax, bu da maraqlıdı.

 

AFFA Məşqçilər Şurasının həlləm-qəlləm sədri Vaqif Sadıqov bildirib ki, Robert Prosineçkinin kələfi bu kimi məsələlərdə təkbaşına qərar verməyəcək, onlarla da məsləhətləşəcək. Xorvatiyalı onları saymırdı, nadir hallarda üzbəüz əyləşib söbhət edirdilər.

 

Belə də ki, Ağasəlim Mircavaovu çıxmaq şərtiylə, şura üzvlərinin hansı Qurban bəyə məsləhət verə, yol göstərə bilər ki? Mənəvi haqları çatnır. Boş-bekar və boşbağaz adamlardı birincisi elə Sadıqovun özü. Yüz fırıldaqdan çıxıb son zamanlaradək. 

 

Yaxşısı bu olar ki, Qurbanov bircə Mircavadovu dinləsin, qalanlarıyla çay süfrəsi arxasına əyləşməsi də vaxt itkisidi. Nə bilir, necə bilir, qoy, eləsin.

 

Şuranın dəstəklədiyi məşqçilərin “iş”ini gördük də millilərdə. Futboldan anladıqları bura qədərdi, Qurbanov “qocalar dəstəsi”nə baş qoşsa, inansa, uduzar.

 

MUSA

Tarix: 13 Noyabr 15:00    Oxunub: 321    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.