Tərlan Əhmədov bəyəndiyi gənci “Neftçi”nin rənglərinə bağladı

"Neftçi” heyətinə yeni futbolçu cəlb edib. Sportinfo.az xəbər verir ki, gənc yarımmüdafiəçi Elnur Süleymanovla 3 illik müqavilə bağlanıb.

 

2014/2015 mövsümündə "İnter”in heyətində Topaz Premyer Liqasında debüt etmiş Süleymanov ötən mövsüm AZAL-da 18 oyunda meydana çıxıb.

 

U-19 milli komandamızla Avropa çempionatında iştirak etmiş Elnur Sloveniya ilə oyunda (3:2) qol vurub.

 

Bakılıların yeni transferi ötən il U-21 yığmasına da cəlb olunub. O, Tərlan Əhmədovun böyük ümilər bəslədiyi gənclərdən biridi. 

Tarix: 13 Noyabr 14:48    Oxunub: 275    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.