Muarem Muarem göndərilir

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Muarem Muarem hazırda çıxış etdiyi "Aktobe"dən göndəriləcək.

 

 

Sportinfo.az xəbər verir ki, "Aktobe"nin idman direktoru Maksat Tyumaliyev bildirib ki, yeni ildən makedoniyalı da daxil olmaqla, 5 əcnəbi futbolçu ilə yollar ayrılacaq. O, buna səbəb kimi, Muaremin istənilən səviyyədə çıxış etməməsini göstərib.

 

Muarem "Aktobe"yə bu ilin yayından "Qarabağ"la müqaviləsi başa çatdıqdan sonra keçib. O, qazax klubunun heyətində 15 oyun keçirib və 1 qol vurub. Bu qol isə Qazaxıstan çempionatından oktuabrın ən yaxşı qolu seçilib. 

Tarix: 13 Noyabr 13:36    Oxunub: 123    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.