FOTOLAR - Klub sahibinin oğlu Azərbaycanda həbs olundu

Nəsimi rayon Məhkəməsində "Nurgun Motors" şirkətlər qrupunun və artıq fəaliyyətini dayandırmış "Rəvan"ın sahibi Nuru Əliyevin oğlu Nurxan Əliyevin məhkəmə prosesi keçirilib.


Sportinfo.az  xəbər verir ki, hakim Elman İsayevin sədrlik etdiyi iclasda qərar qəbul edilib. Qərara görə, N. Əliyev 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.
 
N. Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib.
 
Noyabrın 5-dən 6-na keçən gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib.
 
"İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını təhqir edib.

 

Polisin “Saxla!” əmrinə tabe olmayan sürücü ikinci “Saxla!” əmrindən sonra avtomobili dayandırıb. N. Əliyev polis bölməsinə aparılıb.

Tarix: 13 Noyabr 13:12    Oxunub: 325    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.