"O, indi sakitləşməli və hadisələri qabaqlamamlıdı”

Uels yığmasının baş məşqçisi Kris Koulman Qaret Beylin durumu ilə bağlı danışıb.

 

Sportinfo.az xəbər verir ki, ötən həftə məşqlərə başlayan Beyl növbəti dəfə zədələnib. Koulman bildirib ki, futbolçu tamamilə ruhdan düşüb. O, “Real”ın üzvünə sakitləşməyi tövsiyə edib:

“Beylin zədəsi ilə bağlı tam məlumata sahib deyiləm. Amma onu bilirəm ki, Qaret tamamilə ruhdan düşüb. Hələ ki, “Real”ın tibbi personalı ilə əlaqə saxlamamışıq.

 

Yaxın günlərdə Beylin özü ilə əlaqə saxlayıb, söhbətləşəcəm. Bilirsiz, siz zədəni nə qədər çətin bərpa edib meydana qayıdırsızsa, növbəti dəfə zədə almaq ehtimalınız bir o qədər çox olur.

 

Əminəm, Beyl bu maneəni də dəf edəcək və daha güclü tərzdə qayıdacaq. İndi isə sakitləşməli, hadisələri qabaqlamamlıdı”.

Tarix: 13 Noyabr 12:48    Oxunub: 84    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.