Maradona əməliyyat olundu

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradona əməliyyat olunub. 

 

Sportinfo.az xəbər verir ki, əfsanəvi hücumçu bu barədə “facebook” profilində yazıb. Sol çiyninə cərrahi müdaxilənin ehtiyac duyulduğunu qeyd edən 57 yaşlı veteran bildirib ki, əməliyyat 1,5 saat çəkib və uğurlu olub:

 

“Bunu çoxdan etməli idim, lakin hər dəfə təxirə salırdım. Əməliyyat saatyarım sürdü və xoşbəxtlikdən, uğurlu oldu. Hamınızı öpürəm”.

 

Dieqo Maradona hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fucayra” komandasının baş məşqçisidi.

Tarix: 13 Noyabr 12:00    Oxunub: 142    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.